Azərbaycan Asiya İnkişaf Bankı ilə (AİB) birgə üzən günəş elektrik stansiyasının tikintisi layihəsini nəzərdən keçirir.
Eləcə də bax: AYİB Azərbaycanda ilk günəş elektrik stansiyasına 21,4 milyon dollar - SƏRMAYƏ QOYUR
FED.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
O qeyd edib ki, Energetika Nazirliyi AİB ilə birgə 50 meqavatt gücündə üzən günəş elektrik stansiyasının tikintisi layihəsini nəzərdən keçirir.
Nazir müavininin sözlərinə görə, Azərbaycan bu sahədə fəaliyyətini genişləndirməyi planlaşdırır.
"Pilot layihənin hazırlanması və reallaşdırılması nəzərdə tutulur. Pilot layihəyə Böyükşor gölündə 100 kilovatt gücündə üzən günəş elektrik stansiyasının tikintisi daxildir", - E.Soltanov deyib. (Trend)