Sığorta sektorunda mövcud boşluqların doldurulması üçün Mərkəzi Bank tərəfindən atılan addımlar davam edir.
Yerli sığorta bazarındakı problemlərin həlli müzakirə olunub - FOTOLAR
FED.az xəbər verir ki, bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İctimai Şura ilə sığortaçılar arasında keçirilən görüş zamanı Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev deyib.
O, şura üzvlərinə nəzarətedici orqan tərəfindən sektorun inkişafı istiqamətində atılan addımlar, həyata keçirilən təkmilləşdirmə işləri haqqında geniş məlumat verib.
Görüşdə avto-icbari sığortada tətbiq olunan təkmilləşdirmə işləri, həyatın yaşam sığortasının üstünlükləri, ölkədə həyata keçirilən sığorta maarifləndirməsi layihəsi, sahibkarlara yönəlik yeni sığorta məhsullarının labüdlüyü, sığorta sektorunun ÜDM-dəki payının artırılması və ayrı-ayrı sığorta növləri üzrə penetrasiyanın yüksəldilməsi imkanları ilə bağlı məsələlər əsas müzakirə mövzuları olub.