Yanvar ayından beynəlxalq konsultantlarla birgə Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq.
Eləcə də bax: Azərbaycanda «yaşıl istiqrazlar» buraxılacaq – MƏRKƏZİ BANKDA TOPLANTI
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
O bildirib ki, strategiya 3 illik dövrü əhatə edəcək və istiqaməti iki hissəli olacaq. "Birinci hissə AMB-nin tranformasiyası, ikinci hissə maliyyə sektorunun transformasiyası ilə bağlı olacaq. Biz regulyator olaraq istəyirik ki, informasiya texnologiyalarının tətbiqi bazarda daha da inkişaf etsin"- deyə T. Kazımov əlavə edib. (Apa)