Noyabrın 14-də Mərkəzi Bank və Dünya Bankı tərəfindən yaşıl istiqrazlar və dayanıqlı maliyyələşmə mövzusunda tədbir keçirilib.
Eləcə də bax: Qiymətli Kağızların Emissiyasi Sisteminin yaradılması yekunlaşır - MÜSAHİBƏ - VİDEO
FED.az xəbər verir ki, tədbirdə Dünya Bankının ekspertləri tərəfindən yaşıl istiqrazlar üzrə qlobal trendlər, əsas drayverlər və qabaqcıl ölkə təcrübələri təqdi edilib.
Eləcə də müzakirədə dayanıqlı maliyyələşmə sahəsində müasir yanaşmalar, maliyyə sektorunun bu sahədə rolu və məsuliyyəti, istifadə olunan alətlərlə bağlı təqdimatlar edilib.
Həmçinin tədbirdə dayanıqlı maliyyələşmə və yaşıl istiqrazlar üzrə təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları üzrə fikir mübadiləsi təşkil edilmişdir.
Tədbirdə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin və digər dövlət orqanlarının, o cümlədən Bakı Fond Birjası, Milli Depozit Mərkəzi, həmçinin investisiya şirkətlərinin və bankların nümayəndələri iştirak edib.
İnteraktiv seminar formasında təşkil edilən tədbirdə iştirakçıların dayanıqlı maliyyələşmə və yaşıl istiqrazlar üzrə sualları ekspertlər tərəfindən cavablandırılıb.