Ortamüddətli perspektivdə Azərbaycan Mərkəzi Bankı inflyasiyanın hədəflənməsi rejiminə keçəcək.
FED.az xəbər verir ki, bunu Trend-ə Mərkəzi Bankın sədr müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, bu, manatın üzən məzənnə rejiminə keçidinin məntiqi davamı olacaq.