"Akkord Steel Construction Company" MMC nizamnamə kapitalını kəskin azaldıb.
"Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana görə, şirkətin 5 mln. 617 min 932,99 manat məbləğində olan nizamnamə kapitalı azaldılaraq 1 mln. 499 min 349,84 manat müəyyən edilib.
Beləliklə, şirkətin nizamnamə kapitalı təxminən 3,7 dəfə azalıb.