Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) rəhbərliyi oktyabrın 2-də keçirəcəyi görüşdə Azərbaycanın dəmir yollarının inkişafı üçün ayrılacaq 400 mln. məbləğində kreditin təsdiqlənmə müddətini müzakirə edəcəklər.
Avqustun 28-dən sentyabrın 7-dək ADB-nin missiyası Azərbaycana səfər edib və layihənin qiymətləndirməsini aparıb.
Bundan öncə xəbər verildiyi kimi, kredit "Azərbaycan Dəmir Yolları" QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə, maliyyə effektivliyinin yüksəldilməsinə, yeni korporativ strukturun yaradılmasına yönəldiləcək. Bundan başqa, maliyyə vəsaiti hesabına Bakıdan Rusiya sərhədinədək dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulub.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Əməkdaşlıq müddəti ərzində ADB Azərbaycana 4 mlrd. dollar ayırıb.