Maliyyə Nazirliyi 2023-cü ilin dövlət büdcəsinin layihəsi üzrə əsas göstəriciləri açıqlayıb.
Eləcə də bax: 2023-cü ilin büdcə layihəsi hazırdır - Nazirlər Kabinetinə təqdim olunub
FED.az xəbər verir ki, 2023-cü ildə dövlət büdcəsinin gəlirləri 30 milyard 720,7 milyon manat proqnozlaşdırılır ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 1 522,9 milyon manat və yaxud 5,2 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 4324,4 milyon manat və yaxud 16,4 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 996,2 milyon manat vəya 3,1 faiz artımla 33 milyard 300 milyon manat proqnozlaşdırılır ki, bu da, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 5 milyard 877,6 milyon manat və yaxud 21,4 faiz çoxdur.
2023-cü ildə dövlət büdcəsinin kəsiri 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə müqayisədə 526,7milyon manat və ya 17,0 faiz az olmaqla 2579,3 milyon manat (ÜDM-dəxüsusi çəkisi 2022-ci illə müqayisədə 0,3 faiz-bənd az olmaqla 2,4 faiz) proqnozlaşdırılır.
2023-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülməklə 2023-cü il dövlət büdcəsinin gəlirləri ÜDM-nin 29,0 faizi həcmində, yəni 30 720,7 milyon manat nəzərdə tutulur ki, bunun da 53,0 faizi və ya 16297,0 milyon manatı neft sektorunun, 47,0 faizi vəya 14 423,7milyon manatı qeyri-neft sektorunun payına düşür.