2023-cü il dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, “Büdcə sistemi haqqında” Qanuna və “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 yanvar tarixli 82s nömrəli Sərəncamına uyğun olaraq 2023-cü il dövlət büdcəsinin və icmal büdcənin layihəsi, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri və büdcə zərfinə aid digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub.