Yaşıl iqtisadiyyatın inkişafı dövründə istehlakçı hüquqlarının pozulmasının qarşını almaq üçün lazımi addımlar atılmalıdır.
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" adlı forumda deyib.
Yaşıl enerjiyə keçidin əhəmiyyətindən danışan M.Abbasbəyli bildirib ki, istehlakçı hüquqlarının qorunmasında standartlaşma çox önəmlidir və bu qlobal iqtisadiyyatda mühüm əhəmiyyətə malikdir: “Son illərdə Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafı və buna marağın artması yeni standartların yaradılmasının vacibliyini bir daha artırır”. (Apa)