Bu ilin I yarısında Milli İxrac Strategiyasının təsdiqlənməsi nəzərdə tutulub.
"Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracı 9,8 faiz artıb" - MƏTBUAT KONFRANSI
FED.az xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.
O bildirib ki, 2024-cü ildə "Made in Azerbaijan" və "İnvest in Azerbaijan" saytları tam təkmilləşmiş formada istifadəyə veriləcək və sahibkarlara xidmət göstərəcək.
Yusif Abdullayev qeyd edib ki, hədəf olaraq investisiya cəlb olunması üçün böyük qlobal şirkətlərin Azərbaycana gətirilməsi planlaşdırılır. Geniş miqyaslı Azərbaycan investisiya forumu gözlənilir.
"Payızda milli ixrac forumunun keçirilməsi planlaşdırılır". - deyə icraçı əlavə edib.