2022-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişaf göstəriciləri açıqlanıb.
Eləcə də bax: Naxçıvanda orta aylıq əməkhaqqı 10 faizə yaxın - ARTIB
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, cari ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 227 milyon manata yaxın olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,5 faiz çoxdur.
Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,1 faiz artaraq 4800,5 manat olmuşdur.
Ümumi daxili məhsulun tərkibində ilk yeri 27,3 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 56,7 faiz təşkil etmişdir.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 2,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,5 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, nəqliyyat sektorunda yük daşınması 1,8 faiz, informasiya və rabitə xidmətləri 2,9 faiz, pərakəndə əmtəə dövriyyəsi 1,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 1,6 faiz artmışdır.