Bu ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 595,6 manata çatıb.
FED.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz çoxdur.
Ölkəmizdə, o cümlədən muxtar respublikada əhalinin maddi rifah halının davamlı olaraq yüksəlməsi həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Orta aylıq əməkhaqqının artımı ilə yanaşı, məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə görülən işlər də insan amilinin ön planda tutulmasını aydın şəkildə nümayiş etdirir. Muxtar respublikada bu istiqamətdə görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın mühüm rolu var. (Azərtac)