Yenilənmiş proqnozlar göstərir ki, 2024-cü və 2025-ci ildə illik inflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacağı proqnozlaşdırılır.
2024-cü ilin sonuna ticarət tərəfdaşlarında inflyasiyanın 9.8% olacağı gözlənilir (iyul proqnozu 10.3%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri -0.2 faiz bəndidir.
- FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
2025-ci ilə inflyasiyanın oktyabr proqnozu 5.8% təşkil edir.
2025-ci ilə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.41 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.61 faiz bəndi, KİQİ 3.33 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.42 faiz bəndi, digər amillər 0.16 faiz bəndi artırıcı, NEM isə -2.13 faiz bəndi azaldıcı təsir edəcək.
2025-ci ilə oktyabr proqnozu iyul proqnozuna nəzərən 0.3 faiz bəndi yuxarı reviziya edilib.
Yuxarı reviziyanın səbəbi NEM-in möhkəmlənmə tempinə dair proqnozun aşağı doğru reviziyasıdır.
Oktyabr proqnozuna görə 2025-ci ilin sonuna NEM-in 7.9% möhkəmlənəcəyi gözlənilir (iyul proqnozu 8.7%). Bu reviziyanın inflyasiya proqnozuna təsiri 0.22 faiz bəndidir.
Eyni zamanda KİQİ-nin proqnozunun yuxarı doğru reviziyası da illik proqnoza təsir edir. Belə ki, oktyabr proqnozuna görə 2025-ci ilin sonuna KİQİ-nin 6.8% artacağı gözlənilir (iyul proqnozu 3.3%).
Bu reviziyanın inflyasiya proqnozuna təsiri 1.72 faiz bəndidir.
Proqnozların reallaşması bir sıra xarici və daxili inflyasiya amillərinin dəyişimindən asılı olacaqdır. Manatın nominal effektiv məzənnəsi, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tarifləri başlıca amillər hesab olunur.
Eyni zamanda, iqlim dəyişiklikləri və istehsal xərclərinin artımı kənd təsərrüfatı istehsalçı qiymətləri indeksi vasitəsilə inflyasiyaya təsir edə bilər.
İnflyasiyaya təsir edə biləcək digər daxili amillərə isə məcmu tələbin dinamikası aiddir.