«Biznesin idarə edilməsi» ixtisası - iqtisadiyyatın yeni sahəsi olsa da, abituriyentlər arasında kifayət qədər maraq doğurur. Bu ixtisasa yiyələnmək istəyənlərin sayı da artır.
Azərbaycanda maliyyə ixtisası üzrə təhsil neçəyədir? – UNİVERSİTETLƏR, QİYMƏTLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hazırda dünyanın əksər universitetlərində tədris olunan bu ixtisasa demək olar ki, bütün qurumlarda böyük tələbat var, ən əsası «biznesin idarə olunması» ixtisasının həm iqtisadi, həm də maliyyə davamı mümkündür. Yəni bu ixtisasın məzunlarının təhsili davam etdirmək üçün geniş imkanları var.
Tətbiq sahəsinin də böyük olması onu universal ixtisasa çevirib və ona görə də tələbələrdə bu ixtisas böyük tələbat var.
Biznesin idarə edilməsi ixtisası Azərbaycanda o qədər populyarlaşıb ki, ilk baxışdan iqtisadi yönümü olmayan universitetlər də bu «piroq»dan pay götürmək üçün «Biznesin idarə edilməsi» ixtisaslarını açıblar.
İxtisas üzrə təhsil haqları universitetdən, təhsil alma formasından və tədris dilindən asılı olaraq fərqli ola bilər.
Azərbaycanda «biznesin idarə edilməsi» ixtisası üzrə ən yüksək təhsil haqqı ADA Universitetindədir. ADA Universitetində bu ixtisas üzrə ingilis dilində təhsil almaq illik 6 min 500 manata başa gəlir. Bu, ölkədəki digər universitetlərlə müqayisədə ən yüksək təhsil haqqıdır.
ADA Universitetindən sonra ikinci ən bahalı təhsil haqqı Bakı Ali Neft Məktəbindədir. Burada ingilis dilində biznesin idarə edilməsini öyrənmək üçün tələbələr 4 500 manat ödəməlidirlər.
«Xəzər» Universitetində isə təhsil haqqı dəyişkəndir, 0-4 500 manat arasında. Tələbənin təhsil haqqı onun qəbul imtahanında topladığı baldan asılı olaraq dəyişir.
Azərbaycanda iqtisadi təhsilin mərkəzi sayılan Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC – binesin idarə edilməsi ixtisası üzrə geniş seçim var. Burada maliyyə təhsili 4 dildə – azərbaycan, ingilis, türk və rus dillərində almaq mümkündür. Təhsil haqqı isə əsasən 2600 manatdır.
Digər universitetlərə gəldikdə, «Qərbi Kaspi» Universiteti biznesin idarə edilməsi ixtisası üzrə əyani təhsildə illik 3 min 900 manat tələb edir. Bakı Dövlət Universiteti bu ixtisas üzrə təhsil haqqı olaraq 3 min 200 manat tələb edir, bu da ölkə üzrə yüksək qiymətlərdən biridir.
Sözügedən ixtisas üzrə ən aşağı təhsil haqqı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında və Azərbaycan Texnolgiya Universitetində qeydə alınıb. Bu universitetlərdə tələbələr biznesin idarə edilməsi ixtisası üzrə əyani təhsil formasında illik cəmi 1 500 manat ödəyirlər.
Eyni ixtisas üzrə Mingəçevir Dövlət Universitetində təhsil 1 600 manata, Lənkəran Dövlət Universitetində isə müvafiq olaraq 2 min manata başa gələcək.
Qiyabi təhsil formasında isə qiymətlər daha aşağı olur. Bu təhsil forması üzrə ən ucuz qiymət Mingəçevir Dövlət Universitetində və Lənkaran Dövlət Universitetindədir. Bu universitetlərdə biznesin idarə edilməsini qiyabi formada öyrənmək üçün illik müvafiq olaraq 1 400 və 1 450 manat tələb olunur. Qiyabi təhsil formasının ən baha olduğu universitetlər isə Azərbaycan Kooperasiya Universiteti və Qərbi Kaspi Universitetidir. Bu universitetlərdə biznesin idarə etdilməsini qiyabi formada öyrənmək üçün illik 2 min 600 manat ödəniş etmək lazımdır.
Rəqəmlər göstərir ki, ölkədə biznesin idarə edilməsi ixtisasına yiyələnmək üçün qiymətlər regionlarda daha ucuz başa gəlir, bu qiymətlər Bakıdakı universitetlərdə isə daha bahadır.
Bundan başqa, görünür ki, ölkədə biznesin idarə edilməsi ixtisası üzrə təhsil haqları universitetdən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənir. Tələbələr seçim edərkən həm universitetin nüfuzunu, həm də təhsil haqqını nəzərə almalıdırlar. ADA Universiteti kimi prestijli universitetlər daha yüksək təhsil haqları tələb etsə də, Zaqatala filialı kimi digər universitetlər daha əlverişli qiymətlərlə təhsil almaq imkanı təqdim edir.
Daha detallı aşağıdakı cədvəldə:
|
Təhsil müəssisəsi |
Tədris dili |
Təhsil forması |
Qiymət |
|
|
|
Bakı Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
3 200 |
|
|
|
|
|
||||
|
Azərbaycan Dövlət Neft |
Azərbaycan |
Əyani |
2 500 |
|
|
|
İngilis |
Əyani |
2 500 |
|
||
|
|
|
|
|
|
|
|
Azərbaycan Texniki |
Azərbaycan |
Əyani |
2 300 |
|
|
|
İngilis |
Əyani |
2 300 |
|
||
|
|
|
||||
|
Azərbaycan Dövlət |
Azərbaycan |
Əyani |
2 500 |
|
|
|
Qiyabi |
2 000 |
|
|||
|
Türk |
Əyani |
2 300 |
|
||
|
İngilis |
Əyani |
2 500 |
|
||
|
Rus |
Əyani |
2 500 |
|
||
|
(Zaqatala filialı) |
Azərbaycan |
Əyani |
1 500 |
||
|
|
|||||
|
Azərbaycan Memarlıq və |
Azərbaycan |
Əyani |
2 500 |
||
|
Azərbaycan |
Qiyabi |
2 000 |
|||
|
|
|||||
|
Bakı Mühəndislik |
Azərbaycan |
Əyani |
3 000 |
||
|
Qiyabi |
2 500 |
||||
|
İngilis |
Əyani |
3 000 |
|||
|
|
|||||
|
Azərbaycan Turizm və |
Azərbaycan |
Əyani |
2 100 |
||
|
|
|||||
|
Milli Aviasiya Akademiyası |
Azərbaycan |
Əyani |
3 000 |
||
|
İngilis |
Əyani |
3 500 |
|||
|
|
|||||
|
ADA Universiteti |
İngilis |
Əyani |
6 500 |
||
|
|
|||||
|
Bakı Ali Neft Məktəbi |
İngilis |
Əyani |
4 500 |
||
|
|
|||||
|
Azərbaycan Dövlət Aqrar Universiteti |
Azərbaycan |
Əyani |
1 800 |
||
|
|
|||||
|
Gəncə Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
1 800 |
||
|
|
|||||
|
Azərbaycan Texnologiya |
Azərbaycan |
Əyani |
1 500 |
||
|
|
|||||
|
Sumqayıt Dövlət |
Azərbaycan |
Əyani |
2 100 |
||
|
Azərbaycan |
Qiyabi |
2 100 |
|||
|
|
|||||
|
Mingəçevir Dövlət |
Azərbaycan |
Əyani |
1 600 |
||
|
Azərbaycan |
Qiyabi |
1 400 |
|||
|
|
|||||
|
Lənkaran Dövlət |
Azərbaycan |
Əyani |
2 000 |
||
|
Qiyabi |
1 450 |
||||
|
|
|||||
|
Azərbaycan Kooperasiya |
Azərbaycan |
Əyani |
2 800 |
||
|
Azərbaycan |
Qiyabi |
2 600 |
|||
|
|
|||||
|
Azərbaycan Universiteti |
Azərbaycan |
Əyani |
2 500 |
||
|
İngilis |
Əyani |
2 700 |
|||
|
|
|||||
|
Qərbi Kaspi Universiteti |
Azərbaycan |
Əyani |
3 900 |
||
|
Azərbaycan |
Qiyabi |
2 600 |
|||
|
|
|||||
|
Xəzər Universiteti |
İngilis |
Əyani |
0-4 500 |
||
|
|
|||||
|
Odlar Yurdu Universiteti |
Azərbaycan |
Əyani |
2 700 |
||
|
İngilis |
Əyani |
3 000 |
|||
|
|
|||||
|
Bakı Biznes Universiteti |
Azərbaycan |
Əyani |
2 500 |
||
|
|
|||||
|
Bakı Avrasiya Universiteti |
Azərbaycan |
Əyani |
2 400 |
||
|
İngilis |
Əyani |
3 000 |
|||












