Maliyyə - pul vəsaitlərinin idarə edilməsi, gəlir və xərclərin tənzimlənməsi ilə məşğul olan vacib elm sahəsidir. Bu sahənin mütəxəssisləri sərmayələrin düzgün yönləndirilməsi, risklərin qiymətləndirilməsi və maliyyə dayanıqlığının qorunması üzrə peşəkar biliklərə yiyələnirlər. Onlar həmçinin, bankçılıq, sığorta, dövlət və özəl sektorlarda geniş iş imkanlarına sahib olurlar.
Azərbaycanda biznesin idarə edilməsini öyrənmək neçəyədir? – UNİVERSİTETLƏR, QİYMƏTLƏR
Azərbaycan universitetlərində ən bahalı ixtisaslar - SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, maliyyə ixtisası üzrə təhsil almaq istəyənlər üçün ödənişlər ali təhsil müəssisələrində fərqlidir. Bu fərqlər əsasən tədrisin dili, təhsil forması (əyani və qiyabi) və universitetlərin coğrafi yerləşməsindən asılıdır.
Ən baha təhsil haqqı ADA Universitetindədir, burada ingilis dilində əyani təhsil 8 min manatdır. Bu, ölkədəki digər universitetlərdən əhəmiyyətli dərəcədə yüksəkdir. Ən ucuz təhsil haqqı isə Lənkaran Dövlət Universitetindədir, burada qiyabi təhsil üçün ödəniş 1 450 manatdır.
Təhsil haqqı nisbətən baha olan Xəzər Universitetində isə təhsil haqqı tələbənin ali təhsil müəssisəsinə daxil olarkən topladığı baldan asılı olaraq 0 – 5 000 aralığında müəyyən edilib.
Azərbaycanda iqtisadi təhsilin mərkəzi sayılan Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC – maliyyə ixtisası üzrə geniş seçim var. Burada maliyyə təhsili 4 dildə – azərbaycan, ingilis, türk və rus dillərində almaq mümkündür. Təhsil haqqı isə əsasən 2600 manatdır.
Ümumi mənzərəyə nəzər saldıqda, əksər universitetlərdə ödənişlər 2 000-3 000 AZN civarındadır. Məsələn, Bakı Dövlət Universitetində maliyyə ixtisası üzrə əyani təhsil 3 min 200 manat, Qərbi Kaspi Universitetində isə 3 min 800 manatdır.
Bundan başqa, regionlarda yerləşən universitetlərdə ödənişlər daha aşağıdır, məsələn, Zaqatalada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin filialında əyani təhsil 1 500 manatdır.
Qarabağ Universitetində isə bu ixtisasa qəbul yalnız dövlət sifarişi əsasında, - yəni ödənişsiz olaraq aparılır.
Ümumilikdə Bakı şəhərində yerləşən universitetlərdə təhsil ödənişləri nisbətən yüksəkdir, regionlarda isə ödənişlər daha münasibdir.
Qeyd etdiyimiz kimi tədrisin dilinə və təhsil formasına görə də ödənişlər dəyişir. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan, ingilis, rus və türk dillərində əyani təhsil 2 600 manatdır.
Bu vəziyyət göstərir ki, təhsil haqqı universitetin yerindən, tədris dilindən və təhsil formasından asılı olaraq xeyli dəyişə bilər.
Daha detallı aşağıdakı cədvəldə:
|
Təhsil müəssisəsi |
Tədris dili |
Təhsil forması |
Qiymət |
|
Bakı Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
3 200 |
|
|
|||
|
Azərbaycan Texniki |
Azərbaycan |
Əyani |
2 300 |
|
|
|||
|
Azərbaycan Dövlət |
Azərbaycan |
Əyani |
2 600 |
|
Türk |
Əyani |
2 600 |
|
|
İngilis |
Əyani |
2 600 |
|
|
Rus |
Əyani |
2 600 |
|
|
Qiyabi |
2 100 |
||
|
(Zaqatala filialı) |
Azərbaycan |
Əyani |
1 500 |
|
|
|||
|
Bakı Mühəndislik |
Azərbaycan |
Əyani |
2 500 |
|
Qiyabi |
2 300 |
||
|
İngilis |
Əyani |
2 800 |
|
|
|
|||
|
Azərbaycan Turizm və |
Azərbaycan |
Əyani |
2 400 |
|
|
|||
|
Milli Aviasiya Akademiyası |
Azərbaycan |
Əyani |
3 000 |
|
İngilis |
Əyani |
3 500 |
|
|
|
|||
|
ADA Universiteti |
İngilis |
Əyani |
8 000 |
|
|
|||
|
Bakı Ali Neft Məktəbi |
İngilis |
Əyani |
4 500 |
|
|
|||
|
Naxçıvan Dövlət |
Azərbaycan |
Əyani |
1 800 |
|
|
|||
|
Gəncə Dövlət Universiteti |
Azərbaycan |
Əyani |
1 800 |
|
|
|||
|
Sumqayıt Dövlət |
Azərbaycan |
Əyani |
2 100 |
|
|
|||
|
Mingəçevir Dövlət |
Azərbaycan |
Əyani |
1 600 |
|
|
|||
|
Lənkaran Dövlət |
Azərbaycan |
Əyani |
2 000 |
|
Qiyabi |
1 450 |
||
|
|
|||
|
Azərbaycan Universiteti |
Azərbaycan |
Əyani |
2 500 |
|
İngilis |
Əyani |
2 700 |
|
|
|
|||
|
Qərbi Kaspi Universiteti |
Azərbaycan |
Əyani |
3 800 |
|
|
|||
|
Xəzər Universiteti |
İngilis |
Əyani |
0-5 500 |
|
|
|||
|
Odlar Yurdu Universiteti |
Azərbaycan |
Əyani |
2 700 |
|
İngilis |
Əyani |
2 700 |
|
|
|
|||
|
Bakı Biznes Universiteti |
Azərbaycan |
Əyani |
2 500 |
|
|
|||
|
Bakı Avrasiya Universiteti |
Azərbaycan |
Əyani |
2 400 |
|
|
|||
|
Azərbaycan Əmək və |
Azərbaycan |
Əyani |
2 200 |
|
|
|||
|
Qarabağ Universiteti |
Azərbaycan |
Əyani |
Dövlət sıfarişi ilə pulsuz |












