İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən avqustun 11-də keçirilən hərracda 26 nəqliyyat vasitəsi satılıb.
Dövlət qurumlarının ucuz avtomobilləri satışda – HƏRRAC - QİYMƏTLƏR, SİYAHI
ƏMDX-dən FED.az-a bildirilib ki, hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, cari ay üzrə növbəti nəqliyyat hərracları 18 və 25 avqust tarixlərində keçiriləcək. Bu hərraclara 64 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir.
Hərraclarda iştirak etmək istəyənlər www.emlak.gov.az və www.auksion.gov.az saytlarından seçim edə bilərlər.












