Bank of Baku
Seçim və yerləşdirmə bölməsinin rəhbəri
Son tarix 11 sen 2026 - Müraciət et
Vəzifə funksiyaları
I. Strateji idarəetmə və planlaşdırma
- Bankın illik/rüblük işəgötürmə strategiyasını hazırlayır, biznes məqsədləri ilə uzlaşdırır;
- Əsas KPI-ları (İşə qəbul müddəti, İşə qəbulun keyfiyyəti, sınaq müddətini keçmə faizi, Erkən işdən çıxma faizi) müəyyən edir və icrasına məsuliyyət daşıyır;
- İşəgötürmə kanallarının effektivliyini analiz edir, büdcə bölgüsünü optimallaşdırır;
- Kadr Rezervi bazasının formalaşdırılması üzrə strategiya hazırlayır.
II. Komanda idarəetməsi
- Şöbə əməkdaşlarının iş bölgüsünü və fərdi KPI-larını müəyyən edir, icrasını qiymətləndirir;
- Daxili prosedur və təlimatları hazırlayır/təkmilləşdirir;
- Adaptasiya proqramının effektivliyini ölçür və nəticələr əsasında düzəlişlər edir.
III. Proses və nəticələrin idarə edilməsi
- Vakansiyaların icra sürəti və keyfiyyətinə monitorinq aparır, gecikmələri bölmə rəhbərləri ilə əlaqələndirir;
- işə qəbul piramidasının (Recruitment Funnel) konversiyasını izləyir, darboğazlar üçün təkliflər verir;
- Namizəd təcrübəsi sorğularını təşkil edir və nəticələrə uyğun düzəlişlər edir;
- Tərəfdaşlarla (agentliklər, universitetlər) əməkdaşlığı və Employer Branding tədbirlərini illik qiymətləndirir.
IV. Hesabatlıq və nəzarət
- Rəhbərliyə rüblük/illik analitik hesabat təqdim edir;
- CV bazasının aktuallığına, doğruluğuna və məxfiliyinə nəzarət edir;
- Tələb blanklarının vaxtında icrasına və sənədləşmənin qanunvericiliyə uyğunluğuna nəzarət edir;
- Daxili audit zamanı tələb olunan məlumatların təqdimatını təmin edir.
Vəzifəyə dair tələblər
- İşə qəbul üzrə 5 il və daha çox iş təcrübəsinin olması
- Sahəsi üzrə rəhbər vəzifədə 1-3 il iş təcrübəsinin olması
- MS Excel - Yüksək
- Əmək məcəlləsi və bank fəaliyyəti ilə bağlı qanunvericiliyi bilməsi, işçi seçiminin planlaşdırılması, kadr işləri ilə əlaqədar əsasnamə, təlimat və digər rəhbər sənədlərlə tanış olması;
- Azərbaycan, Rus və İngilis dili biliklərinin yüksək səviyyədə olması.
- Yumşaq bacarıqlar: Nəticəyönümlülük, Detallara diqqət,İşi tətbiq etmə, Danışıq aparma, Planlama və təşkiletmə, Təşkilatı anlama, Qətiyyətlilik
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.














