2025-ci il ildə Azərbaycanda sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral qaydada 250,5 min manat vergilər hesablanıb.
Azərbaycanda vergi ilə bağlı məhkəmə işləri - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ötənilki fəaliyyətinə dair illik hesabatda bildirilir.
Sənədə əsasən, ötən il qeyri-rezidentlərin hesabladığı ƏDV məbləği 15,5 milyon manat təşkil edib. Bununla bağlı 150 tərəfdaş dövlətlə məlumata mübadiləsi aparılıb.
Xarici ölkələrdən Azərbaycanın rezidentlərinin xaricdə açılmış maliyyə hesabları barədə daxil olan məlumatlar ötən illə müqayisədə 17 % artıb.
Sorğu əsasında məlumat mübadiləsi çərçivəsində 40 beynəlxalq sorğu göndərilib, 32-si daxil olub. Beynəlxalq məlumat mübadiləsi çərçivəsində daxil olmuş məlumatlar əsasında 239,6 min manat əlavə hesablama həyata keçirilib.












