Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "Unibank" ASC-nin 5 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Bu barədə FED.az-a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 1 000 dollar olan 5 000 ədəd istiqraz premium bazar seqmentində, birqiymətli hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 54 investor 5 milyon manatlıq 57 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.
Qiymətli kağızlar 6 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 8 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "Unicapital İnvestisiya Şirikəti" ASC-dir.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.













