ForEver18 International
Senior Marketing Manager
Son tarix 11 sen 2026 - [email protected]
Forever18 International Co. LTD - Koreya Şirkəti Senior Marketing Manager axtarır.
İş barədə məlumat
- Baş ofis: Cənubi Koreya / Filial: Azərbaycan
- Tibbi avadanlıq, estetik cihazlar və kosmetik məhsulların istehsalı və distribusiyası sahəsində fəaliyyət göstərən beynəlxalq şirkət
- Ünvan: Makro Park, Ülvi Bünyadzadə, Bakı şəhəri (Dədə Qorqud parkı yaxınlığı)
- Vakansiya növü: Tam ştat
- Əməkhaqqı: 1200 ~ 1500 AZN
- İş qrafiki: Həftə içi 5 gün, saat 09:00 – 18:00
- 1 saatlıq nahar fasiləsi
Websaytlarımız
- https://remediumkorea.com/
- https://ksbiokorea.com/
- https://forever18international.com/
- https://jennerafiller.com/
Beynəlxalq bazarda sürətlə inkişaf edən şirkətimizə estetik və tibbi kosmetika sahəsində təcrübəli, strateji düşüncəyə malik, yaradıcı və liderlik bacarıqları yüksək olan *Senior Marketing Manager* axtarılır.
- Bu vəzifədə çalışan namizəd şirkətin marketinq strategiyasının hazırlanmasına, beynəlxalq brendlərin inkişafına, rəqəmsal marketinq layihələrinin idarə edilməsinə və xarici tərəfdaşlarla əməkdaşlığın koordinasiyasına cavabdeh olacaq.
Vəzifə Öhdəlikləri
- Şirkətin ümumi marketinq strategiyasının hazırlanması, planlaşdırılması və icrasına rəhbərlik etmək.
- Yerli və beynəlxalq sərgilər, seminarlar, konfranslar, məhsul təqdimatları və digər tədbirlərin marketinq hazırlığını və təşkilati proseslərini idarə etmək.
- Marketinq materiallarının hazırlanması prosesinə rəhbərlik etmək:
- Sosial media kontenti (Instagram, Facebook, LinkedIn və s.)
- Kataloqlar, Broşürlər və digər çap materialları, Roll-up və bannerlər, Məhsul qablaşdırmaları və digər vizual materiallar
- Dizayn komandası üçün kreativ ideyalar, vizual konseptlər və kontent istiqamətləri hazırlamaq.
- Foto və video çəkilişləri üçün ssenarilər, kontent planları hazırlamaq və çəkiliş prosesini koordinasiya etmək.
- Sosial media və rəqəmsal marketinq strategiyalarını hazırlamaq, icrasına nəzarət etmək və nəticələri təhlil etmək.
- Yeni məhsulların bazara çıxarılması üçün reklam və marketinq kampaniyalarını planlaşdırmaq və həyata keçirmək.
- Marketinq fəaliyyətlərinin effektivliyini ölçmək, analitik hesabatlar hazırlamaq və inkişaf təklifləri vermək.
- Xarici tərəfdaşlar, distribyutorlar, dizayn agentlikləri və podratçılarla layihələri koordinasiya etmək.
- Şirkətin bütün brendləri üzrə korporativ imicin və vizual standartların qorunmasına nəzarət etmək.
- Vebsaytların və rəqəmsal platformaların kontentinin yenilənməsini və inkişafını təmin etmək.
- Bazar araşdırmaları aparmaq, rəqibləri analiz etmək və yeni marketinq imkanlarını müəyyənləşdirmək.
Namizədə Tələblər
- Marketinq, Biznesin İdarəedilməsi, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil.
- Marketinq sahəsində minimum 3 il iş təcrübəsi.
- Marketinq strategiyası və brend idarəçiliyi üzrə praktiki təcrübə.
- Sosial media və rəqəmsal marketinq alətləri ilə işləmə bacarığı.
- Kontent planlaşdırılması və layihələrin idarə olunması üzrə təcrübə.
- Dizayn və video istehsalı proseslərini koordinasiya etmək bacarığı.
- Analitik düşünmə, planlaşdırma və təşkilatçılıq bacarığı.
- Liderlik və komanda idarəetmə bacarığı.
- Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı.
- İngilis dili – yüksək səviyyədə (yazılı və şifahi).
- Rus dili – yüksək səviyyədə (yazılı və şifahi).
- Azərbaycan dili – səlis.
Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Məktubun mövzu hissəsində: "Senior Marketing Manager" qeyd etməyiniz xahiş olunur.














