Dünya bazarında neftin qiymətinin dəyişməsi Azərbaycanın neft satışından gəlirlərinə və iqtisadiyyata daxil olan vəsitlərin məbləğinə birbaşa təsir edir.
FED.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün açıqlanan müsahibəsində (müsahibənin tam mətni) neft və qazın qiymət dəyişkənliyinin ölkə iqtisadiyyatına təsirini açıqlayıb.
Baş bankir bildirib:
«Hesablamalarımız onu göstərir ki, bizim iqtisadiyyatımızda cari (neft-qaz) hasilat həcmlərini nəzərə alsaq, (neftin) hər 10 dollar qiymət artımında (söhbət illik orta qiymətdən gedir) iqtisadiyyatımız əlavə 1,2 milyard ABŞ dolları gəlir əldə edir.
1000 kubmetr qazın qiymətinin orta illik qiymətinin 50 dollar artması isə ölkəmiz üçün təxmini 900 milyon ABŞ dolları əlavə gəlirdir. Bu rəqəm, həmçinin də qiymət düşəndə təsirlər, demək olar ki, eynidir».
TöKazımov bildirib ki, bu rəqəmlər təkcə neft-qazın bahalaşmasında deyil, ucuzlaşmasında da özünü göstərir: «Təbii ki, qiymətlər azaldıqda təsir də eyni həcmdə, lakin əks istiqamətdə olur».
Mərkəzi Bankın sədri neft-qazın bu il üzrə qiymət proqnozlarına da toxunub. Xatırladaq ki, 2026-cı ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb.
«Hazırkı proqnozlarımıza əsasən, bu il bir barel neftin orta illik qiyməti 84,5 ABŞ dolları, gələn il isə 78 ABŞ dolları olacaq. Təbii qazın 1000 kubmetrinin orta qiymətinin isə müvafiq olaraq 2026 və 2027-ci illərdə 324 və 290 ABŞ dolları səviyyəsində olacağı proqnozlaşdırılır».















