Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 1,4 % çoxdur.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,6 % azalaraq 22 milyard 916,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 2,2 % artaraq 53 milyad 901,2 milyon manata çatıb.













