Türk şirkətləri indiyədək Qarabağ və işğaldan azad edilən bölgələrə 1 milyard dollar yatırıblar.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət müşaviri Yakup Sefer bildirib.
Onun sözərinə görə, ilk gündən Türkiyə şirkətləri Qarabağda aktiv işləyirlər. Hazırda həmin ərazilərdə Türkiyənin 9 iri şirkəti çalışır, «İndiyədək türk şirkətlərinin ölkəyə yatırımlarının həcmi 1 milyard dollardır. Gələcəkdə bu məbləğlərin artması gözlənilir».