2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib.
FED.az Dövlət Statistika Komitəsinin 2026-cı ilin 9 ayı üzrə “Əsas makroiqtisadi göstəricilərin icmalı”na istinadən xəbər verir ki, investisiyaların real həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% artıb. Cari ilin yanvar–avqust aylarında illik artım 10% təşkil etmişdi.
Beləliklə, əsas kapitala investisiyalarda 9 aylıq dövr üzrə artım tempi 0,9 faiz bəndi yüksəlib.
Qeyri-neft sektoruna 9,8 milyard manat investisiya qoyulub
2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanda qeyri-neft-qaz sektoruna 9 milyard 813,4 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1% çoxdur.
2026-cı ilin yanvar–avqust aylarında qeyri-neft-qaz sektoruna investisiyalarda illik artım 1,4% olmuşdu.
Beləliklə, qeyri-neft-qaz sektoruna investisiyaların artım tempi 9 aylıq dövrdə 1,7 faiz bəndi yüksəlib.
Qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların ümumi kapital qoyuluşunda payı təxminən 66,8% təşkil edib.














