Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, bu ilin I yarısının sonuna investisiya şirkətləri üzrə məcmu kapital 51,2 milyon manat, tələb olunan kapital isə 8,7 milyon manat təşkil edib ki, bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olduğunu göstərir.














