Asiya bazarlarında risklərin artması ilə bərabər güvənli liman maliyyə aləti kimi yenə olan tələbin də artması, dollar indeksinin də müqavimətlə rastlaşmasına səbəb olur.
Qlobal təhlillərə əsasən, dollar indeksi cari həftənin dəstək səviyyəsi - 93.44 punktun üzərində qaldıqca, bahalaşma davam edə bilər. Lakin bu istiqamətdə treyderlər 94.13 punkt müqavimətinin qırılmasını da önəmli şərt kimi gözləyirlər.
Kriptovalyuta birjalarında bitkoinin qiyməti də tarixi maksimumlarını yenilədikdən sonra 58 min dollara kimi korreksiya edib. Hazırda son səviyyənin üzərində dəstək görən BTCUSD məzənnəsi, 60 min dolları da qırarsa, 63500 və 67000$-a kimi dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.