ABŞ prezidenti Donald Trampa məxsus olan "Trump Organization", Gürcüstan paytaxtında çoxfunksiyalı nəhəng göydələn kompleksinin inşasına başlayacağını elan edib.
Kollektorların üzərində tikilmiş evlərin aqibəti - NECƏ OLACAQ?
FED.az biznes və maliyyə xəbərləri portalı "Wall Street Journal"a istinadən xəbər verir ki, bu bina Tbilisidəki ən hündür tikili statusunu qazanacaq.
«Tbilisidə 'Tramp erası' başlayır: Trump Organization Gürcüstanın ən hündür binasının inşasına yaşıl işıq yandırdı. 70 mərtəbəli 'Trump Tower Tbilisi' təkcə paytaxtın simasını dəyişməyəcək, həm də regionun ən bahalı mülklərinə ev sahibliyi edəcək»-deyə bildirilir. Layihənin memarlıq işləri dünyaca məşhur Gensler bürosuna həvalə edilib.
Göydələnin təxminən 70 mərtəbədən ibarət olması planlaşdırılır. Kompleksə elit rezidensiyalar (mənzillər) və geniş ticarət sahələri daxil olacaq. Layihə Amerikanın məşhur memarlıq firması "Gensler" tərəfindən hazırlanır.
“Trump Tower”in tikintisi haqqında məlumatlar Gürcüstan hakimiyyətinin ABŞ ilə strateji münasibətlərini bərpa etmək cəhdləri fonunda yayılıb. Yeni binanın tikintisində Trampın ailə şirkətinin əsas tərəfdaşları Gürcü Arzusu Partiyasından keçmiş deputat İlya Tsulayanın “Archi Group” şirkəti və Pxakadze qardaşlarına məxsus “Biograpi Living” şirkəti olacaq. Başqa bir ortaq isə Trampın keçmiş tərəfdaşı Aleks Sapirin “Sapir Organization” şirkətidir.
Maraqlıdır ki, bu layihə yeni deyil, əslində "Trump Tower Tbilisi" layihəsi 2012-ci ildə Mixail Saakaşvilinin dövründə elan edilmiş, lakin sonra dondurulmuşdu. 2026-cı ildə layihənin yenidən aktivləşməsi Gürcüstanda investisiya mühitinin canlanması ilə əlaqələndirilir.
Gürcüstanda bu layihəni alqışlayırlar, yerli analitiklər qeyd edirlər ki, belə bir "brend" binanın inşası Tbilisiyə xarici investorların diqqətini artıracaq, lakin şəhərin tarixi memarlıq mənzərəsinin pozulması ilə bağlı müzakirələrə də səbəb ola bilər.
Bu xəbərin çıxmasından sonra, Tiflisdə daşınmaz əmlak qiymətlərinin, xüsusən də Vake və Saburtalo rayonlarında əmlakın bahalaşacağı proqnozlaşdırılır.
Xatırladaq ki, şirkət "Trump Organization» adlansa da, Donald Trampın özü 2017-ci ildən bəri şirkətin gündəlik işlərində şəxsən iştirak etmir. Hazırda layihəni onun övladları — vitse-prezidentlər Erik və Kiçik Donald Tramp idarə edir.













