Banner

İnşaat və əmlak

Tikinti şirkətləri də vergi və kredit güzəştləri istəyir - TOPLANTI

Tikinti şirkətləri də vergi və kredit güzəştləri istəyir - TOPLANTI | FED.az
10:31 30 Aprel 2020

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsini təklif edib.

Eləcə də bax: Azərbaycanda qiymətləndiricilərə qarşı - YENİ TƏLƏB QOYULACAQ

FED.az xəbər verir ki, ASK-dan verilən məlumata görə, bu təklifi Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası zamanı ASK-nın vitse-prezidenti Vüqar Abbasov səsləndirib.

İclasda pandemiyasından zərərçəkən tikinti şirkətlərində əmək ödənişləri ilə bağlı dəstək proqramının tətbiqi, vergi güzəştləri, bank kreditləri ilə bağlı vəziyyət müzakirə edilib.

V.Abbasov həmçinin tikinti sektoruna kredit güzəştlərinin də şamil edilməsini təklif edib.

O tikinti sektorunun iqtisadiyyatda lokomotiv rolu oynadığını və arxasınca çox sahələri apardığını vurğulayıb. Məhz buna görə sektorun dayanmaması üçün ASK-nın vitse-prezidenti kreditləşmənin, xüsusən də güzəştli kreditlərin verilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, Komissiyanın sədri Şahin Məmmədov mövcud vəziyyətlə bağlı məlumat verərək, karantin dövründə tikinti sektorunda da fəaliyyətin zəiflədiyini bildirib. Daha sonra sahibkarlar mövcud vəziyyətlə bağlı məlumat veriblər. Tikinti materialları sahəsində çalışan şirkətlər ötən müddətdə satışın kəskin zəifləməsi, inşaat sektorunda çalışan işçilərin əmək haqlarının ödənilməsi məsələsini müzakirə ediblər. İclasın sonunda təkliflər toplanaraq sənədləşdirilib.

Digər xəbərlər

Banner