İnşaat və əmlak

Tikinti materiallarının qiymətlərində artım var

Tikinti materiallarının qiymətlərində artım var | FED.az
09:05 22 May 2019

“Tikinti materialları bazarında 2017-2018-ci illərlə müqayisədə durğunluk müşahidə olunur”.

FED.az xəbər verir ki, “MBA Ltd” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov danışıb. O qeyd edib ki, yeni özülü qoyulan binaların sayında azalmalar var:

Eləcə də bax: Hökumət sahibkarlara əmlaklarını sığortalamağı tövsiyə edib

“Düşünürəm ki, bu ilin sonuna qədər tikinti bazarındakı durğunluq aradan qalxacaq. Çünki tikintinin zəif inkişafı yeni tikinti normalarına əlavə edilmiş tələblərlə əlaqədardır. Şəhərsalma və Arxitektura Komitəsi tələb edir ki, qayda-qanuna riayət edilsin, hansı ərazidə nə qədər tikinti aparmaq olarsa, bundan kənara çıxılmasın. Tikinti şirkətləri isə həmişə bu normaları gözləməyiblər, indi də gözləmək fikrində deyillər. Ona görə, komitə ilə tikinti şirkətləri arasındakı razılaşmalar sona çatana qədər özülü qoyulmuş bəzi binaların tamamlanması gecikə bilər”.

İbrahimov onu da qeyd edib ki, hazırda tikinti materiallarının qiymətlərində artım var:

“Ötən ayın yekununa görə, təxmini 1 faiz artım müşahidə olunub”.   

Digər xəbərlər

Banner