2022-ci il yanvar-mart aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 202 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,8 faiz artıb.
Eləcə də bax: Azərbaycanda mənzillər - BAHALAŞIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin dövr ərzində asfaltın istehsalı 2 dəfə, tikinti kərpicinin istehsalı 72,6 faiz, tikinti gipsinin istehsalı 46,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 36,2 faiz artıb, betondan yığma tikinti konstruksiyaları istehsalı 15,8 faiz, tikinti əhənginin istehsalı isə 25,8 faiz azalıb. (Azərtac)