2022-ci ilin 4-cü rübündə Tbilisidə mənzillərin qiyməti həmin ilin üçüncü rübü ilə müqayisədə 3,8 faiz, 2021-ci ilin eyni dövrü ilə müqayisədə isə 12,5 faiz artıb.
Gürcüstanda ev və əmlaklar sürətlə bahalaşır – TBİLİSİDƏ QİYMƏTLƏR REKORD VURDU
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2022-ci ilin oktyabr-dekabr aylarında paytaxtda fərdi yaşayış evlərinin qiyməti əvvəlki rüblə müqayisədə 8,9%, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 18% artıb.
Statistika xidmətinin məlumatına görə, orta hesabla ən prestijli rayon olan Mtatsminda, yeni binada mənzilin 1 kvadrat metrinin qiyməti 4941 lari (təxminən 1830 dollar) təşkil edib. İkinci yeri mərkəzi Vake rayonu tutur, burada 1 kv. m 4204 lari (təxminən 1557 dollar) təşkil edir. Samqori bölgəsində ən ucuz mənzil 2630 laridir (təxminən 974 dollar). (Marja)