İlin əvvəlinə SOCAR üzrə 3 min 328 nəfər işçi mənzil uçotunda olub.
Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.
Hesabata görə, onların 442 nəfəri respublikanın müxtəlif rayonlarında - Siyəzən, İmişli, Kürdəmir, Salyan, Neftçala və Şirvan şəhərində, 2 min 886 nəfəri isə Bakıdadır. Bakı şəhəri üzrə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlardan 86 nəfəri SOCAR-ın Təqaüd Proqramı üzrə təhsilini başa vurub SOCAR-da işlə təmin olunmuş gənc mütəxəssislərdir.
Eləcə də bax: Güzəştli mənzilləri ən kimlərin aldığı - AÇIQLANDI
Bu müddət ərzində SOCAR üzrə mənzil uçotunda olan 89 neftçi ailəsi “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə, 4 nəfər isə Suraxanı rayonu Hövsan qəsəbəsi, E.Qasımov küçəsində fərdi mənzil tikintisi üçün torpaq sahəsi ilə təmin olunub. “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə təmin olunmuş işçilərdən 10 nəfəri SOCAR-ın Təqaüd Proqramı üzrə təhsilini başa vurub SOCAR-da işlə təmin edilən gənc mütəxəssislərdir.
Eləcə də bax: Bakıda sənədsiz evi olanlara müjdə - ƏGƏR YAŞAYIŞ VARSA ...
“Qaradağ rayonu, Lökbatan qəsəbəsi “28 May” küçəsində 452 mənzilli yaşayış binalarının tikintisi davam etdirilir və 2018-ci ildə təhvil verilməsi nəzərdə tutulub. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 6-da 96 mənzilli yeni yaşayış binası üçün tikinti quraşdırma işlərinə başlanılıb və mənzillərin bölgüsü aparılacaq. Bundan başqa Xəzər rayonu, Buzovna qəsəbəsində “Neftçi” mənzil-tikinti kooperativinə məxsus 22 hektar ərazidə tikinti quraşdırma işlərinə başlanılıb və SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsinə başlanılacaq. Eyni zamanda SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində mənzil uçotunda olanlar üçün Sumqayıt şəhəri, A.Quliyev küçəsində 9 mərtəbəli 100 mənzilli 2 yaşayış binası və S.Vurğun küçəsində 9 mərtəbəli 172 mənzilli 3 yaşayış binalarının tikintisi üçün layihə-smeta sənədləri tam yekunlaşdırılıb. Səbail rayonunun Bibiheybət ərazisində 820 mənzilli 13 yüksək mərtəbəli yaşayış kompleksinin layihələndirilməsində olunan düzəlişlərə görə layihə-smeta sənədlərinə yenidən baxılır”, - deyə hesabatda qeyd edilir.