“Bu gün muxtar respublikada ən aktual sahələrdən biri tikintidir. Bu günə qədər mövcud olan tikintilərin keyfiyyəti qaneedici olmadığına görə müvəqqəti olaraq bu sahədə işlər dayandırılıb”.
Baş nazirin müavini: «Ötən ilədək Naxçıvanda «tender» anlayışı mövcud olmayıb» - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib.
Fuad Nəcəfli qeyd edib ki, 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət Proqramını təsdiq edib: "Bu proqram çərçivəsində 2023-cü ilin son 4 ayı ərzində icra olunması nəzərdə tutulan layihələrin hamısı tenderlər vasitəsilə həyata keçirilməyə başlayıb. Layihələrin tətbiqi, əsaslandırılması, layihələndirilməsi, işçi layihələrin hazırlanması üzərində iş gedir. Artıq 2024-cü ilin mart-aprel aylarından başlayaraq Naxçıvan Muxtar Respublikasında tikinti işləri geniş vüsət alacaq və olduqca böyük infrastruktur layihələri icra olunacaq". (Apa)