Bakının Tbilisi prospektində 8 milyon ABŞ dollarına dəbdəbəli villa satışa çıxarılıb.
Bakıda fantastik qiymətə malikanə satılır - FOTOLAR
FED.az xəbər verir ki, demokrat.az-ın məlumatına görə, villa Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur.
Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilir.
***
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Ramiz Mehdiyev villanın ona məxsus olmadığını deyib:
"Satışa çıxarılan villanın qətiyyən bizimlə əlaqəsi yoxdur. İlk dəfədir eşidirəm. Bizim satışa çıxarılan villamız yoxdur. Kimə aid olduğunu bilmirəm", deyə o qeyd edib.