Dünən bəzi xəbər saytlarında "bina əyildi, sakinlər təhlükədə" başlıqlı yaz dərc edilib.
BŞİH-nin struktur bölmələrinə qəzalı binalarla bağlı - TAPŞIRIQLAR VERİLİB
FED.az xəbər verir ki, "Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş "Kristal Abşeron"un əməkdaşları binaya baxış keçirib.
Məlumata görə, yayılmış görüntülərdə 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dəmir listlərin dəyişdirilməsi işi öz əksini tapıb. Bu isə binanın dayanıqlılığına hər hansı bir təsir göstərmir.
Qeyd edilib ki, bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və heç bir dəyişiklik yoxdur. Eyni zamanda, memarlığında da hər hansı bir dəyişiklik yoxdur. Bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir.