2024-cü ilin yanvar oktyabr ayları ərzində 122 hərrac keçirilib və 537 dövlət əmlakı özəlləşdirilib.
Mərkəzi Bankın avtomobilləri hərraca çıxarılır - QİYMƏTLƏR, SİYAHI
FED.az xəbər verir ki, bunu hərraclar sahəsində yaradılmış vahid elektron platformanın təqdimatında Əmlak Məsələləri üzrə dövlət xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.
O bildirib ki, özəlləşmə prosesinin ən mühüm mərhələsi hərracdır. Hərracların təşkili sahəsində görülən işlər həm vətəndaşlar üçün həm də sahibkarlar üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. Hərraclar investorlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan sahibkarlar üçün çox əlverişlidir. 2024-cü ilin yanvar oktyabr ayları ərzində 122 hərrac keçirilib və 537 dövlət əmlakı özəlləşdirilib.
"Elektronlaşdırılma və xidmətlərə əlçatanlığın artırılmasının nəticəsi olaraq iştirakçılar tərəfindən 537 əmlakın satışı zamanı 391 sayda elektron sifariş verilib. Həmçinin 48 hərracda online iştirak mümkün olmuşdur. Daha çox sahibkarlara və alıcılara yaradılmış şərait ona imkan verir ki, satış sayları artmaqdadır. 201 dövlət əmlaklarının satışı rəqabətli mühitdə baş tutmuşdur", - deyə Rüstəm Şahbazov əlavə edib.