Hökumət yeni binaların tikintisi ilə məşğul olan sahibkarları bu binalarda qaraj mərtəbələrinin tikintisinə həvəsləndirmək niyyətindədir.
FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin «Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında» fərmanında nəzərdə tutulub.
Eləcə də bax: Bina tikilən torpaq belə bölünəcək – QAYDA
Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində çoxmənzilli bina inşa edən sahibkarları bu binalarda avtomobillərin saxlanması üçün qaraj mərtəbəsinin tikintisinə stimullaşdırmaq üçün təkliflər hazırlasın.
Həmin təkliflər 3 ay ərzində hazırlanaraq dövlət başçısına təqdim edilməlidir.