Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac avqustun 25-də təşkil ediləcək.
Eləcə də bax: Təcili: Yeni özəlləşdirmə hərracı - Elan Edildi
Xidmətdən FED.az-a bildirilib ki, hərraca ümumilikdə 58 dövlət əmlakı çıxarılacaq. Bunlardan 23-ü səhmdar cəmiyyət, 30-u kiçik dövlət müəssisəsi, 2-si qeyri-yaşayış sahəsi, 3-ü isə yarımçıq tikilidir. Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə bu linklərə daxil olmaqla tanış ola bilərsiniz:
(https://bit.ly/2Ekz381, https://bit.ly/3hG0lEs, https://bit.ly/3f53tYK, https://bit.ly/3jKIT3e ).
Qeyd edək ki, sənaye, nəqliyyat, inşaat, təmir və sair sahələrə aid səhmdar cəmiyyətlərin səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Hərraca çıxarılan dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, qeyri-yaşayış binalarıdır.
Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birlikdə hərraca çıxarılan dövlət əmlakı Bakı, Lənkəran, İmişli, eləcə də digər şəhər və rayonlarda yerləşir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclarda hər kəsin şəffaf və rahat iştirakı təmin edilir. Hərraclarda iştirak etmək istəyənlər xidmətin rəsmi saytına (“emlak.gov.az”) və ya özəlləşdirmə portalına (“privatization.az”) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər portalından (“e-emdk.gov.az”) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər. Prosesə marağı olan şəxslər hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracların gedişini izləyə bilərlər.