Bakıda daha bir neçə tarixi binaya edilən qanunsuz müdaxilənin qarşısı alınıb.
Eləcə də bax: Fövqəladə Hallar Nazirliyi daş karxanalarını yoxlayır - AKT YAZILIR - FOTO - VİDEO
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, budəfəki monitorinq Yusif Məmmədəliyev küçəsində həyata keçirilib.
Məlum olub ki, tarixi binalara qanunsuz müdaxilə edən obyektlər arasında tanınmış aktyor və bloqer Taleh Yüzbəyovun “Yüz Cafe”si də var. Qanunsuz müdaxilə aradan qaldırılıb.
Həmin görüntüləri təqdim edirik: