Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən satışa çıxarılan mənzillərdən son bir ayda 15-i satılıb.
Hökümətin güzəştli şərtlərlə çıxardığı mənzillər neçəyədir? -SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, bu mənzillər Bakının Ramana və Ümid qəsəbələrində, Abşeron və Samux rayonlarında yeni yaşayış binalarındadır.
Hazırda 1057 mənzilin satışı davam edir və satışdan əldə olunan vəsait Azərbaycanın digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Qeyd edilib ki, hər biri 3 və 4 otaqlı olan bu mənzillərin satışı ms.sosial.gov.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Mənzillər tam təmirlidir, istifadə olunmayıb və çıxarışlıdır. Onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Mənzilləri bron etmək istəyən şəxs bunun üçün ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır. Mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.



















