Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir . Bu "Dövlət rüsumu haqqında" qanuna ediləcək dəyişikliklərdə öz əksini tapacaq.
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
FED.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, bu gözlənilən addım idi.
Daşınmaz əmlakın qeydiyyatıyla bağlı aparılan əməliyyatlara görə rüsumlar da dəyişir.
Ramil Osmanlı onu da bildirdi ki, daşınmaz əmlakın qeydiyyatı zamanı dövlət rüsumları ilə yanaşı xidmət haqları da var. Ancaq xidmət haqlarından azad olunmaq bu qanun dəyişikliyində müzakirə mövzusu deyil.
Əmlak məsələləri üzrə ekspert qərarın qısa müddətdə qəbul olunacağının gözlənildiyini bildirdi.










