Hazırda Türkiyənin Kahramanmaraş şəhərində salınan “Azərbaycan” məhəlləsinin baş planı üzrə 7, 8, 11 və 12-ci kvartallarında tikinti işləri yekunlaşmaq üzrədir.
Hövsanda sosial evlər tikiləcək, yarım milyona tikinti layihəsi hazırlanır - DETALLAR
FED.az xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyəti sədrinin müavini Elşad Məmmədov bildirib.
“4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda ümumilikdə 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilir. “Azərbaycan” məhəlləsində yerləşəcək mədəniyyət mərkəzinin də layihələndirmə işləri Türkiyənin səlahiyyətli qurumu tərəfindən tamamlanmaq üzrədir. Layihə hazır olduqdan sonra qısa zaman ərzində mədəniyyət mərkəzinin və yeni yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün işlərə başlanılacaq”, - deyə o qeyd edib.
"2024-cü il sentyabrın 11-də “Azərbaycan” məhəlləsində MİDA-nin inşa etdiyi Heydər Əliyev adına ibtidai məktəbinin və uşaq bağçasının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən nümayəndə heyətləri iştirak ediblər. Üçmərtəbəli müasir təhsil kompleksi 20 ibtidai sinif otağından və 3 uşaq bağçası otağından ibarətdir. Bundan əlavə, məktəbdə təhsilə dəstək məqsədilə xüsusi tədris və yaradıcılıq məkanları da yaradılıb. Buraya 1 emalatxana, 1 musiqi otağı, rəsm və əmək dərsləri üçün 2 emalatxana, eləcə də texnologiya, riyaziyyat və mühəndislik sahələrinə yönəlik 1 xüsusi emalatxana daxildir", - deyə sədr müavini əlavə edib. (Report)