Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamalda sosial mənzillərin tikildiyi ərazidə yeni binaların tikintisi üçün investorları əməkdaşlığa dəvət edib. FED.az xəbər verir ki, Yasmalda tikinti üçün 15,4 hektar ərazi ayrılıb və vəsaiti olan şirkətlər burada bina tiki bilərlər.
Həmin şirkətlər Agentliyin elan etdiyi müsabiqədə seçiləcəklər. İlkin şərtlərə görə, şirkətlər bu ərazidə 9 və 12 mərtəbəli binalar tikəcəklər. 9 mərtəbəlilər 2 bloklu, 12 mərtəbəli binalar isə 1 bloklu olacaq. Binaların layihəsi hazırdır və təsdiqlənib. Yəni tikinti şirkəti bina tikmək istəsə, yeni layihə hazırlamaq və ya onu təsdiqlətmək, tikintiyə icazə almaq lazım deyil.
Əməkdaşlığın mahiyyəti ondadır ki, MİDA həmin tikinti şirkəti və ya investor üçün tikinti aparmağa ərazi ayırır, infrastrukturla təmin edir, eləcə də binaların hazır layihələrini verir. Əvəzində şirkət tikilən binalarda mənzillərin bir hissəsini MİDA-ya bağışlayır. Agenrliyə mənzillərin məhz hansı hissəsinin bağışlanacağı hələ açıqlanmır, bu şərtlər toplusunda göstəriləcək (müsabiqə ilə maraqlanan şirkətlər 300 manat verib bu sənədi ala bilərlər). Amma ilkin məlumata görə, tikinti şirkətləri MİDA-ya inşa etdikləri mənzillərin 3-də birini verəcək.
Bu təkliflə maraqlananlar +99412 594-54-01 (daxili 238) telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.
Müsabiqədə iştirak etmək üçün aşağıda qeyd edilən hesaba 300 (üç yüz) manat iştirak haqqı ödəməklə müsabiqə şərtlərini 2019-cu il 07 mart saat 17:00-dək, Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 85Z ünvanında əldə etmək olar. VÖEN: 1701953921 “Kapital Bank” ASC Mərkəz filialı Filialın kodu: 200026 VÖEN: 9900003611 SWİFT kod: AİİBAZ2X M/h AZ37NABZ01350100000000001944 MİDA MMC Hesab: AZ18AİİB38030019440029636102 Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Təkliflər 2019-cu il 18 mart saat 17:00-dək qəbul olunur.