Mənzillərin birdən çox vətəndaşa qanunsuz satılmasının qarşısını almaq məqsədilə yeni üsullar tətbiq ediləcək.
Eləcə də bax: Azərbaycanda yenilik: «Novostroyka»lardan ev alanda da ƏDV qaytarılacaq – FƏRMAN
FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin Təhlil, innovasiyalar və layihələrin idarəedilməsi departamentinin direktor müavini Rəşad Əbləsənov bildirib ki, bu istiqamətdə yeni mexanizmin formalaşması, müəyyən prosedurların elektron müstəviyə gətirilməsi istiqamətində artıq işlər aparılır.
"Bu halda təminat qeydləri mülki məcəllədə öz əksini tapıb. Bina inşa edilmədən əvvəl və yaxud inşa edilən dövrdə qeydiyyatın tərkib hissəsinə uyğun olaraq öz adına sənədləşdiriləcək və daha sonra notarial qaydada satmaq mümkün olacaq. Notarius tərəfindən həmin əmlak bizim təşkilatda sənədləşdirildiyi üçün, ikinci dəfə satışa çıxarıla bilməyəcəklər",- deyə Rəşad Əbləsənov qeyd edib. (Apa)