“Azinşaat Servis” ASC səhmdarlarının ümumi yığıncağı 13 aprel 2018-ci il saat 10.00-da Bakı şəhəri, Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi, 1 nömrəli ünvanda keçiriləcəkdir.
FED.az xəbər verir ki, iclasın gündəliyinə tək başçı icra orqanının (sədrinin) seçilməsi, Müşahidə (direktorlar) şurasının və təftiş komissiyasının (müfəttişin) seçilməsi, Cəmiyyətin nizamnaməsinin 2-ci redaksiyada təsdiqi və digər məsələlər daxil edilib.
“Azinşaat Servis” ASC-nin icra orqanı bildirir ki, ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.