Azərbaycanda mənzillərin kirayə ilə satışı ilə bağlı ətəndaşlardan sənədlərin qəbuluna bu ilin sentyabr ayından sonra başlanacaq. Bu barədə FED.az-a satış sistemini həyata keçirəcək İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Eləcə də bax: "Ünvanı və mənzili biz seçəcəyik" - KİRAYƏ İLƏ EV ALMAQ BARƏDƏ MÜSAHİBƏ
Fonddan bildiriib ki, müraciətlərin qəbuluna sentyabr aynıdan sonra başlanacaq, bundan əvvəl isə müraciət zamanı tələb olunacaq sənədlərin siyahısı açıqlanacaq. Mənzillərin kreditlə satışı üçün müraciətlər elektron formada həyata keçiriləcək-deyə Fonddan bildirilib.
Xatırladaq ki, prezident İlham Əliyev 2019-cu ilin yanvarın 25-də “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Həmin mexanizmə əsasən, İpoteka və Kredit Zəmanəti Fondu mənzilləri satın alaraq, onları ölkə vəəndaşlarına kirayəyə verəcək. Vətəndaşların kirayə haqqı kimi ödənişlər həm də mənzil satışı üçün ödəniş sayılacaq.
Kirayə ilə satılan evlər üçün müraciətin - VAXTI AÇIQLANDI
11:19
27 İyun 2019