Azərbaycanda mebel istehsalı artır.
FED.az-ın məlumatına görə, bu, Dövlət Statistika Komitəsinin açıqladığı statistikada əksini tapıb.
ELƏCƏ DƏ BAX: Bakının ev bazarı: Qiymətlər ucuzlaşacaqmı?
Beləliklə, bu ilin yanvar-oktyabr aylarında ölkədə 86 milyon 840,5 min manat dəyərində mebel istehsal edilib. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə (211,6 faiz) çoxdur.
Keçən il də mebel istehsalında artım olub. 2017-ci ilin yanvar-oktyabr aylarında 52 milyon 248,6 min manat dəyərində mebel istehsal edilib ki, bu da 2016-cı ilin anoloji dövrü ilə müqayisədə 14,1 faiz çox olub.
İstehsalı ilbəil artır – MƏNZİLLƏRİ BƏZƏYİR
20:30
30 Noy 2018