Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
    • Supermarket
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

İnşaat və əmlak

  1. Ana səhifə
  2. İnşaat və əmlak
  1. İnşaat və əmlak

Ev alanda 5-10 min manat qabağa düşmək imkanı – VƏTƏNDAŞLAR HARDA SƏHV EDİR? - TÖVSİYƏ VƏ XƏBƏRDARLIQ

Ev alanda 5-10 min manat qabağa düşmək imkanı – VƏTƏNDAŞLAR HARDA SƏHV EDİR? - TÖVSİYƏ VƏ XƏBƏRDARLIQ | FED.az
23:11 22 May 2023

Azərbaycanda yeni mənzillərin satışı zamanı alıcılara qaytarılan ƏDV məbləği və bu sahədəki əsas problemlər açıqlanıb.

Mənzil alan fiziki şəxsə hansı halda - ƏDV GERİ QAYTARILIR?

FED.az xatırladır ki, yaşayış və qeyri-yaşayış obyektlərinin satışı zamanı ƏDV-nin geri qaytarılması mexanizmi Azərbaycanda 2022-ci ilin noyabrından tətiq edilir.

Bununla bağlı xüsusi portal istifadəyə verilib və mağazalarda olduğu kimi - amma daha böyük məbləğlərdə və daha mürəkkəb prosedurla - ƏDV-nin qaytarılmasına başlanıb.

İndiyədək 5 milyon manat ƏDV qaytarılıb

Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədovun sözlərinə görə, indiyədək portal üzərindən 6 mindən artıq müraciət qeydə alınıb, 2 mindən artıq müraciət təsdiqlənib və 5 milyon manatdan vəsait ƏDV-nin bir hissəsi olaraq vətəndaşlara geri qaytarılıb.

Bir neçə min nəfər alıcı ƏDV-ni geri ala bilməyib

Bununla yanaşı, vətəndaşların bir hissəsi əmlak aldıqları halda, ƏDV-nin bir hissəsini geri ala bilmirlər.

T.Məmədovun sözlərinə görə, bunun səbəblərindən bəziləri texniki və proselurlarla, digər səbəbləri isə vətəndaşların məlumatsızlığı və bəzi prosedurları düzgün yerinə yetirməməsi ilə bağlıdır: «Vətəndaşlar bəzi səbəblərdən ƏDV-ni geri ala bilmirlər. Müxtəlif layihələrdə olduğu kimi, bu layihədə də problemlər var. Başlanğıcda texniki və sair problemlər ortaya çıxır. Bu problemləri qruplaşdırmışıq».

SƏBƏB  1: Rəqəmləri səhv göstəriblər

T.Məmmədovun sözlərinə görə, əsas problemlərdən biri vətəndaşların öz bank rekvizitlərini düzgün göstərməməsidir. Qeyd edək ki, ƏDV geri almaq istəyən vətəndaş portala daxil olub, ərizə ilə müraciət etməklə yanaşı, eyni zamanda  vəsaitin köçürüləcəyi bank rekvizitlərini də qeyd etməlidir: «Çox vaxt bəzi vətəndaşlar onlara xidmət edən banklarla dəqiqləşmə aparmadan bank rekvizitlərin özləri müəyyən edib göstərirlər. Belə müraciətlərin sayı 940-dır, bu sayda halda vətəndaş ƏDV üçün müraciət edib, amma rekvizitləri səhv göstərdiyi üçün ƏDV-ni geri qaytarmaq mümkün olmayıb. Yəni göstərilən bank rekvizitləri onlara aid olmur və ya rekvizitlərdə düzgün simvollar göstərilmir və nəticədə biz ƏDV-nin banklara qaytarılması üçün müraciət edəndə banklar bildirirlər ki, bu hesaba vəsaitin köçürülməsi mümkün deyil və ya yanlış hesabdır».

Ona görə də DVX-nin rəsmisi vətəndaşlara tövsiyə edir ki, ƏDV geri alınması üçün müraciət etməzdən əvvəl öz banklarına müraciət etsinlər. Və bank rekvizitlərin yoxlayıb, portala dəqiq məlumat daxil etsinlər.

Yeni layihə başlayıb: «Virtual ödənişlər»

Bununla yanaşı, şöbə müdiri bildirib ki, Dövlət Vergi Xidməti tərəfindən gələcəkdə belə haların qarşısının alınması  üçün müvəkkil banklarla yeni layihəyə başlayıb: «Çox ehtimal ki, yaxın gələcəkdə işlər başa çatdırılacaq və layihə istifadəyə veriləcək».

Yenilik virtual hesabın yaradılmasından ibarətdir: «Bizim başqa sahələrdə – ticarət, səhiyyə, ictimai iaşə sahəsində də alınmış mallara ƏDV-nin bir hissəsi qaytarılır. Burada da virtual hesab mövcüddr və biz də gələcəkdə yaranan problemlərin həlli üçün daşınmaz əmlakdların satışı zamanı da ƏDV-nin geri qaytarılması üçün vəsait virtual hesaba köçürüləcək».

Bu layihə nəticəsində daşınmaz əmlak alışı zamanı əmlak alıcıları heç bir problem hiss etmədən ƏDV-ni geri alacaqlar: «Bu proses çox yaxın zamanda, 2 həftə ərzində həll olunacaq. Hazırda texniki məsələlər həll olunur və yaxın vaxtlarda yeni layihə işə düşəcək».

SƏBƏB  2: Əmlakın pulu düzgün ödənilmir

Əmlak alışı zamanı ƏDV-nin geri qaytarılması ilə bağlı ortaya çıxan və alıcıları ƏDV-dən məhrum edən digər ciddi problem alının əmlakın dəyərini ödənilməsi üsulu ilə bağlıdır.

Vergi Xidmətinin rəsmisi əhalyə tövsiyə edir ki, ev (və ya obyekt) üçün ödəniş edərkən tövsiyə olunan formada etsinlər: «Ödənişi biz tövsiyə elədiyimiz qaydada - Hökumət Ödəniş Portalı üzərindən etsinlər. Hökumət Ödəniş portalı üzərindən yəni banklara yaxınlaşaraq, və ya internet vasitəsilə ödəniş edildikdə, ƏDV məbləği ilə əsas məbləğ avtomatik bölünərək satıcının hesabına yönləndirilir. Vətəndaşlara tövsiyə edərdik ki, hökumət ödəniş portalından istifadə etsinlər və ödənişlə bağlı heç bir problemlə rastlaşmasınlar»-deyə T.Məmmədov bildirib.

SƏBƏB  3: Şirkətlər elektron qaimə vermirlər

ƏDV-nin alınması zamanı vətəndaşların üzləşdiyi digər problem elektron qaimə ilə bağlıdır. Belə ki, əmlak üçün ƏDV geri al layihəsində xüsusi elektron qaimə forması təsdiqlənib. Yəni vətəndaş satıcıdan, məsələn MTK-dan və ya «Kristal Abşeron» kimi şirkətdən ev aldığı halda satıcı tərəfindən ona elektron qaimə təqdim edilməlidir.

Bununla bağlı problemlər də iki formada baş verir. Birincisi, mənzil tikintisi ilə məşğul olan şəxs tərəfindən bina məlumat forması təqdim edilmədiyinə görə, elektron qaimə də təqdim edilə bilmir. T.Məmmədov bildirir ki, vergi xidməti bununla bağlı mənzil tikintisi ilə məşğul olan şəxsləri və şirkətləri məlumatlandırır.

SƏBƏB  4: Vətəndaşlar elektron qaimə tələb etmirlər

Digər problem isə vətənldaşlarla bağlıdır - onlar  elektron qaimə tələb etmirlər, tələb edilmədikdən sonra isə ödəniş edildikdən sonra belə problemlərlə rastlaşırlar.

Vergi xidmətinin nümayəndəsi vətəndaşlara tövsiyə edir ki, ƏDV-ni almaq üçün əvvəlcədən diqqətli olsunlar: «Yəni mənzil alarkən mənzil tikintisi ilə məşğul olan şəxsə müraciət edərək ilk növbədə dəqiqləşdirsinlər ki, almaq istədikləri evə görə ƏDV ödəniləcəkmi? Yəni həmin binanın təməli qoyulanda mənzil tikintisi ilə məşğul olan şəxs ƏDV ödəyicisi olubmu? Bunu dəqiqləşdirdikdən sonra vətəndaşlara aydın olacaq ki, bunlardan ev alanda onlara elektron qaimə vericək və onlardan ƏDV-ni geri qaytarmaq mümkün olacaq, ya yox».

SƏBƏB  5: Bakıda bəzi binalar ƏDV-yə daxil deyil

Bəs vətəndaşlar tikinti şirkətinin ƏDV ödəyicisi olub olmadığını necə dəqiqləşdirə bilərlər?

T.Məmmədovun sözlərinə görə, bina tikintisi ilə məşğul olan şəxs – ona ƏDV ilə bağlı sual verəndə – o dəqiq bilir ki, hər hansı ünvanda yerləşən bina sadələşdirilmiş vergi ödəyicisidir, yoxsa ƏDV.

Şirkət ƏDV ödəyicisi ola bilər, onun binası isə yox

Burada maraqlı məqam binanın tikintisinə nə vaxt başlanması ilə bağlıdır. Doğrudur, 2020-ci ildən sonra  bütün bina tiknitisi fəaliyyəti ƏDV-yə cəlb edilir.

Amma 2020-ci ildən əvvəl təməli qoyulan və satışı indiyədək davam edən evlər ƏDV ödəyicisi olmaya bilər: «Ona görə də mənzil tiknitisi olan şirkətdən soruşanda ki, ƏDV ödəyicisidir ya yox, həm də dəqiqləşdirmək lazımdır ki, məhz həmin binanın təməli qoyulanda ƏDV ödəyicsi olubmu. Və mənzil tikintisi aparan şirkət və ya şəxs elektron qaimə təqdim etməlidir. Ondan sonra ödəniş edilməlidir». 

SƏBƏB 6: Alıcılar 90 günlük müddəti ötürürlər

Nəhayət, bəzi hallarda vətəndaşlar sadəcə gecikirlər, qanunvericilikdə və qaydalarda müəyyən edilib ki, əmlak alan şəxs ƏDV üçün 90 gün ərzində müraciət etməlidir. Bəzi hallarda vətəndaşlar bu müddəti ötürürlər və nəticədə ƏDV-ni geri almaqda problem yaranır.

Vergi Xidməti bildirir ki, bu müddəti ötürəndə müraciətin bərpası mümkün deyil: «Bu yalnız o halda baxıla bilər ki, hər hansı texniki və vətəndaşdan asılı olmayan hal olsun. Başqa hallarda isə 90 gün müddət dəyişmir».

Notariuslara da xəbərlarlıq etmişik

Vətəndaşlara daha bir xəbərdarlıq notariuslarla bağlıdır. Belə ki, əmlak alışı ilə bağlı bəzi müqavilələr notariusda rəsmiləşir və bu zamanı satıcı və alıcı arasında vasitəçi tərəf notarius olur. Bu zaman alıcının ödədiyi pul əvvəlcə notariusun depozit hesabına, daha sonra isə satıcının hesabına köçürülür.

T.Məmmədov bildirir ki, bu zaman notariusda qaimə təqdim edildikdə, vətəndaş tələb etməlidir ki, notarius satıcıya pul ödəyəndə əmlak üçün ödənilən pulun əsas məbləği satıcının bank hesabına, ƏDV məbləği isə depoziti hesabına köçürülsün: «Bu birmənalı tələbdir və biz bu barədə notariusları da məlumatlandırmışıq». 

Banner
Banner
  • ev almaq
  • ƏDV
  • Vergi Xidməti
  • Nağdsız qayda
  • Telman Əliyev
  • notarius
  • ƏDV geril al
  • mənzil
Paylaş

Digər xəbərlər

Bakıda “İnnovativ Texnologiya və müasir materialların təqdimatı”na həsr olunmuş - KONFRANS KEÇİRİLİB - FOTOLAR
İnşaat və əmlak 6 Dek 2023
Bakıda “İnnovativ Texnologiya və müasir materialların təqdimatı”na həsr olunmuş - KONFRANS KEÇİRİLİB - FOTOLAR
Bakıda bağ evləri ucuzlaşıb - VİDEO
İnşaat və əmlak 6 Dek 2023
Bakıda bağ evləri ucuzlaşıb - VİDEO
Qarabağda damüstü günəş enerjisi sistemi quraşdırılması üzrə tələblər - TƏSDİQLƏNDİ
İnşaat və əmlak 5 Dek 2023
Qarabağda damüstü günəş enerjisi sistemi quraşdırılması üzrə tələblər - TƏSDİQLƏNDİ
İpoteka Fondu 6 ayda 38 milyon manat faiz gəliri - ƏLDƏ EDİB
İnşaat və əmlak 4 Dek 2023
İpoteka Fondu 6 ayda 38 milyon manat faiz gəliri - ƏLDƏ EDİB
FHN sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib - VİDEO
İnşaat və əmlak 4 Dek 2023
FHN sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib - VİDEO
Sumqayıtda mənzil bazarında qiymət artımının səbəbi nədir? - VİDEO
İnşaat və əmlak 4 Dek 2023
Sumqayıtda mənzil bazarında qiymət artımının səbəbi nədir? - VİDEO
Yeni tikililərdən mənzil alarkən hansı sənədlər - TƏLƏB OLUNMALIDIR?
İnşaat və əmlak 2 Dek 2023
Yeni tikililərdən mənzil alarkən hansı sənədlər - TƏLƏB OLUNMALIDIR?
Evlərin sənədləşdirilməsi niyə yubadılır? - AÇIQLAMA
İnşaat və əmlak 30 Noy 2023
Evlərin sənədləşdirilməsi niyə yubadılır? - AÇIQLAMA
Azərbaycanda güzəştli ipoteka kreditlərinin yarıdan çoxunu - HƏRBÇİLƏR ALIB
İnşaat və əmlak 30 Noy 2023
Azərbaycanda güzəştli ipoteka kreditlərinin yarıdan çoxunu - HƏRBÇİLƏR ALIB
Azərbaycanda bu il 5 mindən çox vətəndaş dövlət xətti ilə - İPOTEKA KREDİTİ ALIB
İnşaat və əmlak 30 Noy 2023
Azərbaycanda bu il 5 mindən çox vətəndaş dövlət xətti ilə - İPOTEKA KREDİTİ ALIB
Mənzilin sahəsi az, ödənişi çox - MTK-ların fırıldağı
İnşaat və əmlak 29 Noy 2023
Mənzilin sahəsi az, ödənişi çox - MTK-ların fırıldağı
Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOLAR
İnşaat və əmlak 29 Noy 2023
Kahramanmaraşda Azərbaycan məhəlləsi inşa edilir - FOTOLAR
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Azərbaycanda 20-dən çox müəssisə şərab istehsal edir, lakin 4-5 şirkət əsas ixracatçıdır"
    18:31 6 Dek 2023
  • Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
    18:29 6 Dek 2023
  • SOCAR-ın prezidenti “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb - FOTO
    18:22 6 Dek 2023
  • Hadrutda söküntü işləri aparılacaq
    18:12 6 Dek 2023
  • AZPROMO: "Bu il şərab ixracından 8 milyon dollar gəlir əldə edəcəyik"
    17:45 6 Dek 2023
  • “Bonus Market" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    17:31 6 Dek 2023
  • Azərbaycan banklarının nümayəndələri SWIFT-in eksperti ilə - GÖRÜŞÜB
    17:27 6 Dek 2023
  • Son bir ildə Azərbaycanda minik avtomobili - İKİ MİN MANAT BAHALAŞIB - QİYMƏT
    17:23 6 Dek 2023
  • Füzulinin işğaldan azad edilmiş iki kəndi qazlaşdırılır - VİDEO
    17:22 6 Dek 2023
  • Telekommunikasiya şirkətinin baş icraçı direktoru dəyişdi – TƏYİNAT
    17:17 6 Dek 2023
  • Azərbaycanda elektrik xidməti 7% - BAHALAŞIB - QİYMƏTLƏR
    17:12 6 Dek 2023
  • Findoc platforması sahibkarlar üçün də - İSTİFADƏYƏ AÇILIB
    17:10 6 Dek 2023
  • Nazir: "Birləşmiş Krallıq Azərbaycana ən çox investisiya yatıran ölkədir"
    17:07 6 Dek 2023
  • Azərbaycanda qoyun əti 12%-dən çox bahalaşıb
    17:07 6 Dek 2023
  • Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
    17:02 6 Dek 2023
  • İlham Əliyev Ceyms O’Braynı - QƏBUL EDİB
    16:58 6 Dek 2023
  • "Fuga Group" MMC - MƏHKƏMƏYƏ VERİLİB - SƏBƏB
    16:55 6 Dek 2023
  • Azərbaycanda Çinin “BYD” şirkəti ilə elektrobuslar yığılacaq - ANLAŞMA
    16:51 6 Dek 2023
  • Bakıda “İnnovativ Texnologiya və müasir materialların təqdimatı”na həsr olunmuş - KONFRANS KEÇİRİLİB - FOTOLAR
    16:48 6 Dek 2023
  • İş adamları “OBA”da – FOTOLAR
    16:47 6 Dek 2023
  • UForex maliyyə bazarlarında ticarəti daha - ƏLÇATAN ETDİ
    16:44 6 Dek 2023
  • Azərbaycanda qarğıdalı yağı 10-17% - UCUZLAŞIB - QİYMƏTLƏR
    16:41 6 Dek 2023
  • “Bank Respublika”nın səhmlərinə 4 investordan - 5 SİFARİŞ
    16:40 6 Dek 2023
  • Azərbaycan banklarının 6 türkdilli ölkədə 44 müxbir hesabı var
    16:35 6 Dek 2023
  • Tədris olunmayan fənlərə görə müəllimlərə əməkhaqqı ödənirmiş - Cinayət işi başlandı
    16:30 6 Dek 2023
  • “Aqro Kompleks Qəbələ” - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    16:29 6 Dek 2023
  • İş adamı vəzifəli şəxslərlə görüşə gizli kamera ilə gedibmiş
    16:21 6 Dek 2023
  • “Texnika Bank”ın 5 milyon manatlıq əmlakları təkrar - HƏRRACA ÇIXARILIB
    16:17 6 Dek 2023
  • Müdafiə Nazirliyi – TENDER KEÇİRİR
    16:15 6 Dek 2023
  • AMB hərraclarda dollara tələbin kəskin artmasının səbəbini - AÇIQLADI
    16:08 6 Dek 2023
  • Dövlət Vergi Xidməti “Mover”ın sahibinin ölkədən çıxışına “stop” qoyulmasını istəyir
    16:04 6 Dek 2023
  • Bitkoin - 5% BAHALAŞIB
    16:00 6 Dek 2023
  • "Baku Lüks Tikinti"yə - PROTOKOL YAZILIB
    15:56 6 Dek 2023
  • Ağcabədidə yanğın - 80 baş mal-qara tələf olub
    15:54 6 Dek 2023
  • Naxçıvanda xüsusi iqtisadi rejim - TƏTBİQ OLUNACAQ
    15:49 6 Dek 2023
  • Azərbaycanda günəbaxan yağı 13-23% ucuzlaşıb - RƏQƏMLƏR
    15:45 6 Dek 2023
  • Pirallahı Sənaye Parkında yeni şirkət - 59,3 MİLYONA DƏRMAN ZAVODU QURULACAQ
    15:44 6 Dek 2023
  • Azərbaycanda zeytun yağı 6-9% bahalaşıb - RƏQƏMLƏR
    15:34 6 Dek 2023
  • Azərbaycan-Böyük Britaniya İnvestiya Forumu keçiriləcək - FOTOLAR
    15:32 6 Dek 2023
  • "Yüksəliş" müsabiqəsinin qalibinə - SOCAR-da VƏZİFƏ VERİLDİ
    15:23 6 Dek 2023
  • “Qala Sığorta” şirkəti dövlət qurumunu - MƏHKƏMƏYƏ VERDİ - SƏBƏB
    15:14 6 Dek 2023
  • “Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!” - FOTOLAR
    15:09 6 Dek 2023
  • Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyinin təmin edilməsini - MÜZAKİRƏ EDİB
    15:04 6 Dek 2023
  • “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” - KEÇİRİLƏCƏK
    14:57 6 Dek 2023
  • İlham Əliyev: “Onlar bizə təxminən 400 min mina ilə bağlı xəritələr veriblər”
    14:50 6 Dek 2023
  • Dövlət qurumu işçi geyimləri üçün materiallar alır – TENDER ELANI
    14:49 6 Dek 2023
  • Neft boru kəməri ilə yük daşınmasından 813,4 milyon manat - GƏLİR ƏLDƏ OLUNUB
    14:44 6 Dek 2023
  • "İşğaldan azad edilmiş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərər hesablanır"
    14:38 6 Dek 2023
  • Dövlət qurumu 1,3 milyon dəyərində 2 tenderə yekun vurub – QALİBLƏR, MƏBLƏĞLƏR
    14:31 6 Dek 2023
  • Şərqi Zəngəzur İqtisadi Rayonunda iş yerlərinin sayı 4 dəfəyədək artıb
    14:28 6 Dek 2023
  • AZAL Bakı-Milan reysinin sərnişinləri üçün - XÜSUSİ İMKANLAR
    14:24 6 Dek 2023
  • Rusiya şirkəti “Şəki Şərab” zavoduna 7 milyon avrodan çox - İNVESTİSİYA QOYUB
    14:15 6 Dek 2023
  • İki şirkət "Ünsan Qida Sənaye" MMC-ni - MƏHKƏMƏYƏ VERDİ
    14:12 6 Dek 2023
  • "Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır, bu, bizim legitim hüququmuzdur"
    14:10 6 Dek 2023
  • “Unisell” MMC 346 minlik tenderin – QALİBİ SEÇİLDİ
    13:37 6 Dek 2023
  • Dövlət qurumunun 369 minlik tenderinin qalibi – BƏLLİ OLDU
    13:35 6 Dek 2023
  • Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgərinə ömürlük - HƏBS CƏZASI VERİLDİ
    13:31 6 Dek 2023
  • Deputat Azərbaycanda ikili vətəndaşlıqla bağlı məsələyə yenidən baxılmasını - TƏKLİF EDİR
    13:25 6 Dek 2023
  • Dövlət qurumu Qarabağda informasiya sistemi, proqram təminatı və xüsusi qaynar xətt yaradır – QALİB, MƏBLƏĞ
    13:21 6 Dek 2023
  • Dövlət qurumu informasiya sisteminin yaradılması işlərinə 6,7 milyon – SƏRF EDƏCƏK
    13:19 6 Dek 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.93▲0.03% Dövlət istiqrazları 2 il - 8.02▼-0.20% Dövlət istiqrazları 3 il - 8.35▲0.03% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 7.86▼-0.17% NOT (84 gün) - 8.15▼-0.02% NOT (168 gün) - 7.67▼-0.01% NOT (252 gün) - 7.82▼-0.02% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 6.50▲0.50% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 5.85▼-0.03% 1W AINAib - 6.00●0.00% 2W AINAao - 6.00▲0.40% 2W AINAib - 7.30▲0.05% 1M AINAao - 6.25▼-0.15% 1M AINAib - 8.50▲2.70%
SOCAR [ AZ2002019894 ] Alış: 1001.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 924.14 / Satış: 970.34 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1022.90 / Satış: 1036.59 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73