Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində daha bir yeni layihəyə start verir.
Komitədən FED.az-a verilən məlumata görə, artıq dövlət reyestrindən çıxarış almaq üçün şəxslərin təqdim etdiyi sənədlərin arxiv əsasının olub-olmadığı anındaca onlayn müəyyənləşəcək.
Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə Milli Arxiv İdarəsi arasında imzalanacaq memorandum nəticəsində reallaşacaq.
Tədbir noyabrın 1-i saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Yasamal rayonu, Hüseyn Cavid prospekti, 31, Elmlər Akademiyası metrosunun arxası) baş tutacaq.